Torpaq
Torpaq
Dünyadan nakam köçmüş, 30 yaşında özünü güllələmiş, istedadlı və gənc Borçalı şairi İsa Sadiqin əziz xatirəsinə I Neçə canlar gedibdir, Bu torpağın altına. Bənzəyir sanki torpaq, Zər baftalı altuna. Ömür vəfasız imiş, Gör kimləri aparır. Qol-budaqlı ağacı, Pöhrəni də qoparır. Otuz yaşlı şairi - Sadiqi də aparmış. Dünya boyda arzusu, Kor quyutək qapanmış. Hər qoşması, hər sözü, Sanki işvəli gözəl. Ah, şair, ağlar gözüm- Baharım oldu xəzəl. Sanki tufanlarda mən, Şığıdım düşmən üstə. Gözəl gördüm şeirdə, Bel incə, dodaq püstə. II Xatın, sənin yolunda Bir şair nakam gedib. Qızılgülə baxdınmı, Qəbr üstə tənha bitib. Heç bir dəfə təklikdə Məzarlığa getdinmi? O gözlər yolda qalıb, Xatın, ölüb-itdinmi? Bəxti qara, vəfasız, Nə deyim sənə gözəl? Gərək Allah öldürəydi, Səni Sadiqdən əzəl. III Ovsundumu, cadumu, Mələkmidir bu torpaq? Son məqamım, son arzum, Diləkmidir bu torpaq. Bəlkə onda nəsə var, Torpağa köçən bilir. Buğda şirin, dadlıdır - Zəmini biçən bilir. Ey torpağım! Qəbul et, Köçürəm mən də sənə! Sadiqi də apardın, Üz qoyacam sinənə. Vəfasız olmamışam, Torpaq - mənim anamdır! O - mənə arxa, dayaq, O - andımdır, inamdır! Sədaqətin yolunu, Səndə gördü Sadiqim. Mən də sənə köçürəm, Torpaq, sənə sadiqəm! Gəlirəm, aç qoynunu, Sanki nazlı gözəlsən. Qurtaraq bu oyunu, Sən ulusan, əzəlsən!... IV Taqətim yoxdur mənim, Dünya yaman vəfasız. Görürsənmi cavana O ad qoyur – vəfasız... Eh, ay Xatın, dövlətə Susayıb atdın yarı. Hanı dövlət, hanı var, Ömrün qırıldı yarı... Torpaqda tapacağıq, Dövləti də, varı da. Xəzinələr yatır bil, Torpağın qatlarında. Xəzinə nə? - Nizamim, Vurğunum, Müşfiqim, İsam mənim! Sən də yaqut olarsan, Torpağa qoysam səni! Bu torpaq – Vətən bizə! Bu torpaq – kətan bizə! Dərd çəkməyə Allahım, Vermədi kotan bizə! Vermədi kotan bizə!... Nizami Məmmədzadə, 2000-ci il, Borçalı. |