Mən də belə aşiq, belə şairəm...
Mən də belə aşiq, belə şairəm...
Kaş, cavan olaydım, ay gözəl sənəm, Bir kitab tək məni oxuyaydın sən. Sevgi ilmələri nə gözəl, zərif - Sevimli xalı tək toxuyaydın sən. Açıllam qarşında bir kitab kimi, Oxu məni gözəl, mən bir sabaham. Gənclərə xoşbəxtlik, ömür diləyən, Yanar bir çırağam, sözəm, dühayam! Mən bir kitabam, sətirlərimi, Oxuyan bir gözəl sənəm olaydı! "Qaşını oynadıb, gözündən gülən", Dövranı, zamanı qanan olaydı! Onun şirin sözü məlhəm olaydı, Könlümü açaydım ona ürəkdən. Qəlbimə bir ilham pərisi gələ, Onunla danışam arzu-diləkdən! Yanağında lalə gül açaydı hey, Rəssam tək fırçama dolaydı baxış. Çalınaydı ürəkdən gələn qəmli ney, Dilimin ucuyla salaydım naxış. Öpəydim telinin uclarından mən, Qəlbimə od-alov çaxaydı o dəm! Nə edim gözəlim, söz tapammıram, Mən də belə aşiq, belə şairəm! Nizami Məmmədzadə, 2013-cü il, yanvar. |
Yaxşı...