Mənim Saral elim
Mənim Saral elim
Qumrular ötüşür, bülbüllər uçur, Mənim Saral elim bax belə eldir. Xəyalım quşqonmaz zirvələr gəzir, Dilimsə, ən gözəl şirincə dildir. Bu gözəl çəmənlər, laləzar düzlər, İnsanı özünə cəlb edir hərdən. Biçilib hüsnünə gözəllik donu, Əqlimi, huşumu çıxarır sərdən. Yığılıb gözəllər bulaq başına, Gözümü ovlayıb nazənin sənəm. İstərəm mən onun qələm qaşına, Bir incə mənalı şeir söyləyəm. Gözəllik qəlbimin kövrək simidir, O saat dinəcək çalsan, ay gözəl. Bu baxış ömürlük mənim bəsimdir, Şirin xəyallara dalsan, ay gözəl. Füsunkar meşələr, şır-şır bulaqlar, Məni bu dünyaya bağlayan teldir. Çağırır qoynuna məni yaylaqlar, Gördüyüm mənzərə çiçəkdir, güldür. Nağıla bənzəyir mənim bu ömrüm, Bilmirəm, almanı necə bölüm mən. Alnıma yazılıb bu eldə ölüm, Yad yerdə, ölkədə necə ölüm mən. Bir bahar çağında yazdım bu şeiri, Mənim Saral elim bax belə eldir. Qarşına çıxarsa, qoca-ixtiyar, Onun hər kəlməsi şirincə dildir. 2 iyun, 2001-ci il, Yuxarı Saral kəndi, Borçalı. |
Bilmirəm, almanı necə bölüm mən.
Alnıma yazılıb bu eldə ölüm,
Yad yerdə, ölkədə necə ölüm mən.
Bir bahar çağında yazdım bu şeiri,
Mənim Saral elim bax belə eldir.
Qarşına çıxarsa, qoca-ixtiyar,
Onun hər kəlməsi şirincə dildir.
2 iyun, 2001-ci il,
Yuxarı Saral kəndi, Borçalı.
Çox gözeldi şeir usta,
Üreğine qelemine saxlık
Ata yurduna salam