Təklənmişəm yenə də
YENƏ DƏ TƏKLƏNMİŞƏM
Yenə də təklənmişəm, Yenə xəyalın gəlib Mənə qənim kəsilmiş... Kədərə arxalanıb Mübarizə aparmaq Heç də asan deyilmiş... Yenə də təklənmişəm... Yenə də ürəyimlə ağlım üz-üzə durmuş... Ağlım “sevmə” - söyləyir... “Bir ömrü bir sevgiyə Qurban etmə”- söyləyir... Amma ürək... əvvəlki tək Ata bilmir, Məhəbbətin bu əzablı günlərini "Qorxu" adlı "alverçiyə"” Sata bilmir... Yenə də təklənmişəm... İllər ilə istisində isindiyim İlk eşqimə sazaq gəlib... İkimizə aid olan məhəbbətə "Çağrılmamış qonaq" gəlib... Anlamışam, Səni çox-çox uzaqlara aparan da, Acımadan ürəyimi parçalayan, Varlığını ürəyimdən qətrə-qətrə qoparan da “O” qonaqdır... Təklənmişəm, Bir dərdimdir, Bir özüməm, Bir otaqdır... İncimirəm, Gedirsənsə,yolun açıq! Amma bir gün peşman olsan, Nə məni gəz,nə də təkrar Yoluma çıx... Söz verirəm, “Təklənməyə öyrəşəcəm...” Bundan sonra adını da tutmayacam, Dərdlərimlə “barışacam”, Dərdlərimlə “dərdləşəcəm...” Emin İbrahim |