Ay lələBir ay öncə dədə-baba yurdum Borçalıya getmişdim. Bakıdakı dostlarımdan hansına telefon açdımsa, - Borçalıda nə var, nə yox? - deyə soruşdu. Cavabımsa: Ay lələ Payız deyil, yazdı gələn elə bil, Güllər bitib Borçalıda, ay lələ. Kükrəyib saz, coşub ürək, oxur dil, Zillər bitib Borçalıda, ay lələ. Şükür yağıb hər görünən ocağa, Baş namusdu, qulaq ibrət, əl səxa. Möcüzədi – hər ağızdan nur yağa, Dillər bitib Borçalıda, ay lələ. O yerlərdə toxum Nuhdu, kök Oğuz, Göyərlərdən axıb gəlir nəsil düz. Milyondumu, milyarddımı bu, yüz-yüz, İllər bitib Borçalıda, ay lələ. İlhamından nəğmə düşüb hər sözə, Elbəyilər misra-misra hey düzə. Köhnələri bir yana qoy, tər-təzə Ellər bitib Borçalıda, ay lələ. Elbəyi CƏLALOĞLU |
coşku dolu anlatım,ahenk dolu akıcı bir çalışma.
Borçalı'ya,Azarbaycan'a selam ve sevgilerle.
tebrikler.