Nəfsin yeddi məqamıNəfsin yeddi məqamı Bədənlə ruh çəkişmirsə, yoxdur vəsilə ömrə, Nəfs öz yeddi məqamıyla eyləyər buna çarə. Cahillikdən kamilliyə gedən savaş yoludur, İlahinin bu meydanı hər məhrəmi-əsrara. Əgər zəfər arzusuyla döyünərsə ürəklər, Yalnız zəka, savad, ədəb, vicdan yetişər kara. Qonaq edər səbirsizi əvvəl hər cür afətə, Ədəbsizlər ölkəsinin şahı nəfsi-əmmarə. Tutduğu pis əməllərdən varsa olan pəjmürdə, Çatıb nəfsi-ləvvaməyə, meydan oxuyar şərə. Haqdan yerə tənəzzüllə gəldiyini duyanlar, Nəfsi-mülhiməylə dönər şövqünə üsyankara. Bu dünyadan təcrid olan nəfsi-mumtainədə, Fani bir şey arzu etməz, könlü götürməz qara. Elə ki, qəlb təmizləndi, şükür etdi Allaha, Nəfsi-raziyə anında eşqini bağlar Yara. Kimi çəksə ruh özünün on doqquz xislətinə, Nəfsi-mərziyə evində dost olar şeyxə, pırə. Bundan sonra bir zirvə var, əlin çatmaz Elbəyi, Bu an nəfsi-kamilədir, xasdır tək peyğəmbərə. Elbəyi Cəlaloğlu |