OLMAZ
Sözünü bilməyən nanəcib kəsin,
El içində namus-qeyrəti olmaz. Boşuna danışar, döşünə döyər, Mərdin meydanında cürəti olmaz. Xəlvətə düşəndə aslana dönər, Danəndə yanında şöləsi sönər. Dağlara çıxammaz, dərəyə enər, Bədöy at yanında sürəti olmaz. Arsız söz danışar, arsız da gülər, Özünü hamıdan ucada bilər. Nə desən namərdin əlindən gələr, Kişilik etməyə cürəti çatmaz. Anlamaz nadandı, həyasız xərdi, Özündən müştəbeh, sanki bir "nər"di. Ara vurmağını sanar hünərdi, Yamanlıqdan qeyri sənəti olmaz. Əflatunam deyim mən sözün düzü, Bir mərdə qurbandı namərdin yüzü. Nə vaxtsa danışmaq bir doğru sözü, Nakəs insanların adəti olmaz. |
selamile..