Bacarmadım...bacardım...Bacarmadım... Ürəyimin səssizliyin içimdə Boğmağı da bacarmadım... Daş bağlamış günahımı yumaq üçün Yağış kimi yağmağı da bacarmadım... Bacarmadım... Bahar vaxtı pöhrələnmiş ümüdimi, Dözümümdən bəhrələnmiş ümüdimi, Dumanlanmış ürəyimin bir küncünə Bağlamağı bacarmadım... Gör mən necə qəribəyəm Heç olmasa,ümüdini itirən bir adam kimi Ağlamağı bacarmadım... Bacarmadım... Taleyimin "SƏN" adlı bir qonağını, Gəncliyimin unudulmaz sınağını, Taleyimdə saxlamağı bacarmadım... Əvəzində Ürəyimin döyüntüsün boğmaq üçün Öz-özümdən həmişəlik qaçmaq üçün, Yorulmadan çalışdım... Amma heç nə alınmadı... Ayağımdan dərdlərimə dolaşdım, Qaçmağı da bacarmadım... Bacarmadım... Bərk-bərk yumub gözlərimi yatmaq üçün cəhd elədim... Hər addımda kölgə kimi məni addım-addım busan keçmişimi unutmağı əhd elədim. Heç bunu da bacarmadım... Bütün bunlar üzdü məni Heç özüm də hiss etmədən Daxilimdən dəyqə-dəyqə qocaldım... Mən çox şeyi bacarmadım,amma təkcə Bu sevginin etirafın bacardım... Emin İbrahim 14.10.2012. |