Gülsün bəşər!
Gülsün bəşər!
Gün gülümsər, gül gülümsər, Yaylığını yay gülüm, sər, Ay gülüzlüm, ay gülümsər, Gül sən, gül ki, gülsün bəşər! Göy nə gözəl, batıbdı Ay, Ağ buludlar qat-qat, lay-lay, Qızılsaçlım, tellərin say, Gül Günəşim, gülsün bəşər! Gözlərimə görünməsin Şəkk – şübhəli şər qüvvələr, Yalan, böhtan, şeytanla şər, Tək şənlənsin, gülsün bəşər! Fəzilətin1 fərqindəyəm, Fövt2 fələyin fərmanıdır, Gülüş dərdin dərmanıdır, Ay Hüseyin, gülsün bəşər! ~~~~~~~~~~~~~~~~~~~~~ 1 - fövt – fəlakət, ölüm, puç olma və s., 2 – fəzilət – ləyaqət, səxavət, məziyyət mənalarında. 15.10.2012-ci il |