1
Yorum
1
Beğeni
5,0
Puan
1188
Okunma
Nəymiş ay Allah yuxular?
Gah acıdır, gah ağladır,
Gah dalayır, gah dağladır,
Baxt açdırır, baxt bağladır,
Nəymiş ay Allah yuxular?
Gah güldürər, gah öldürər,
Gah yandırar, gah söndürər,
Gah qaldırar, gah endirər,
Nəymiş ay Allah yuxular?
Şirin dillərlə dindirər,
Hörmət, urvata mindirər,
Hərdənbir də sevindirər,
Nəymiş ay Allah yuxular?
Hərdən qənşərə quş qonar,
Gələr sevdama tuş qonar,
Eynən beynimə huş qonar,
Nəymiş ay Allah yuxular?
Yuxu görsəm, söz ələnər,
Kül – kömürdə köz ələnər,
Duman, çiskin çözələnər,
Nəymiş ay Allah yuxular?
Yuxum dən–dən, mələklər də,
Ərş üzündə fələklər də,
Xəlbirləyər, ələklər də,
Nəymiş ay Allah yuxular?
Gah ömürü illə çəkər,
Hərdən çimdik, çillə çəkər,
Fikirləri fillə çəkər,
Nəymiş ay Allah yuxular?
Yuxular var, yozulmaz da,
İzi – tozu pozulmaz da,
Doğrular da, doğrulmaz da,
Nəymiş ay Allah yuxular?
Hüseyn, yuxun çin–çin olar,
Göylərdə göyərçin olar,
Göz alladan, çimir olar,
Nəymiş ay Allah yuxular?
~~~~~~~~~~~~~~~~~~~~
07.10.2012-ci il
5.0
100% (2)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.