Nazlı ceyran
Nazlı ceyran
Könlüm keçir qara* bağdan, Qart qayadan, qara dağdan, Qarabağrım onsuz şan - şan, Köz eyləmə, nazlı ceyran! Müjganından bir ox çıxar, Sinəmi yandırar, yaxar, Birdən dilindən yox çıxar, Döz eyləmə, nazlı ceyran! Sən eşqimin əzəlisən, Şeir, nəğmə, qəzəlisən, Gözəllərin gözəlisən, Göz eyləmə, nazlı ceyran! Geyindirər aldan, şaldan, Zil qaradan, bəyaz ağdan, Çətir çələng bağlar bağdan, Söz eyləmə, nazlı ceyran! Gözün bir çağlar çeşmədi, Hörüklər eşmə - eşmədi, Kipriyin kimlər deşmədi? Çöz eyləmə, nazlı ceyran! İztirab da bir iz olar, Deyərsən, deşən biz olar, Ət ürpəşər, biz – biz olar, Bez eyləmə, nazlı ceyran! Ay dəli, dərdlik yaraşmaz, Üzünə sərtlik yaraşmaz, Pərişan, pərtlik yaraşmaz, Zar eyləmə, nazlı ceyran! Ay ayıl - mayıl hüsnünə, Mələk, pəri, eh, hürü nə? Hüseyn, dür çatmaz dürünə, Naz eyləmə, nazlı ceyran! ~~~~~~~~~~~~~~~~~~~~ *.- qara – böyük mənasında. 20.10.2012-ci il |
bir geyret geder yaxındı amma o geyret itif
tapılmır.beyendim şiirini hüseyin gardaş .tebriy edirem.
bayramın müverey olsun.