Vurğundan da betərəm
Vurğundan da betərəm
Çiçəklərdən çələng hörər, çənbər, çətir çitərəm, Çöllər qızı bənövşəylə çöllərdə də bitərəm, Nərgizlərin ətirində əriyərəm, itərəm, Çiçəklərin vurğunuyam, vurğundan da betərəm. Əbrişimə qar deyərəm, yasəmənə yar deyərəm, Əyilərəm, lalələrin yanağından öpərəm, Al yanaqlı çiyələyi ala – dəymiş iylərəm, İyli güllər vurğunuyam, vurğundan da betərəm. Səhər - səhər gözəllərin yel daraya telini, Gümüş kəmər sıxa, üzə incə əndam, belini, Gülüşlərə qərq eləyə obasını, elini, Siyahtellər vurğunuyam, vurğundan da betərəm. Saz saz olsa sazlar məni min havacat, min kökə, Türk oğluyam, söykənmişəm saza, sözə, soy, kökə, Ələ düşməz balın sənin, cana cövhər ay cökə, Sarı simlər vurğunuyam, vurğundan da betərəm. Ay Hüseyin, qəhər yenir, qəlbi yaman kövrəyəm, İncə güllər incidərsə ilim – ilim itərəm, Gülüm, günüm xoş keçərsə arzu, kama yetərəm, Şirindillər vurğunuyam, vurğundan da betərəm. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 03.07.2012 – ci il |