Bir yerdə köçək
Bir yerdə köçək
Mən bir çinar boylu, sən də bir çiçək, Ömrün oğlan çağın bir yerdə keçək. Dadaq bu dünyanın ağrı, acısın, Sevinc şərbətini bir yerdə içək. Qalmasın qoy səndə heç şübhə, bir pək, Mən bir ahıl ollam, sənsə ağbirçək. Qüssəni, qəhəri, dərdi, qəmi də Ay gülüm, bir əllə, bir yerdə biçək. İstər çirkin olsun, istərsə göyçək, Onsuz da solacaq hər açan çiçək, Torpaqda çürüyər çünki hər ləçək, Dünyadan köçəndə bir yerdə köçək. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 02.07.2012 |