Gileyliyəm
Gileyliyəm
Qəm qəlbimə yollar salıb, Sayılmaz qüssəm, qəhərim. Qəliz keçir günüm, ayım, Açılır andır səhərim. Ovqatım oy, olmam aşıq, Aşna könlüm köp, bulaşıq, Yoxdu içəm bircə qaşıq Zəhrimar, zəqqum zəhərim. Nə səngərdi, nə də ki sədd, Bikeflik bilərmi sərhəd? Əyən əzab, əyilən qədd, Bəs belə bəddi bəhərim. Mərəz Məcnun, mən Leyliyəm, Vurulmuşam, bəs neyliyəm, Gəncliyimdən gileyliyəm, Hüseyin, bədhal təhərim. ~~~~~~~~~~~~~~~~~~~~~~ 01.07.2012-ci il |