Gedər-gəlməz
Gedər-gəlməz
Sonsuzluğa bir yol gedir, Gedən geri dönüb gəlməz. Soraqlasan soraq verməz, Onun adı gedər – gəlməz. Kəfən geyən can, bədəndi, Qara geyər göy nədəndi? Övlad, ölüm öynədəndi, Göynədəndi gedər-gəlməz. Əfsus, əcəl əbədidir, Nə ucu var, nə bucağı, Qurbanlar udub qucağı, Cəza, cəhənnəm ocağı. Tamam əfsun, əfsanəvi, Məchul, məcazi mənəvi, Əzəl gündən ənənəvi, Əl – ayaqlı gedən gəlməz. İstər qədirbilən olsun, İstərsə də qəbahətli, Niyəli, niskil, nifrətli, Nişanəsiz gedər – gəlməz. Çağa gedir, ağa gedir, Ləçər, lələ, qağa gedir, Bağa, yoxsa dağa gedir, Baş götürüb gedən gəlməz? Yolu naşı, namərd gedir, Məsum, məğrur, həm mərd gedir, Dədə, dəli, həm dərd gedir, Gec-tezi var, gedən gəlməz. Qoca olsun, cavan olsun, Duz - çörəyi yavan olsun, Tanrım tale, tavan olsun, Tapır, çapır gedər-gəlməz. Ay Hüseyn, bu nə yoldu, Sevinci az, qəmi boldu, Sağ saraltdı, saçlar yoldu, Yorulmadı gedər - gəlməz. ~~~~~~~~~~~~~~~~~~~~ 26.06.2012-ci il |