Haqq məndədi, Haqq məndədi, Haqq məndə!Haqq məndədi, Haqq məndədi, Haqq məndə! Arındırdım pislikdən bu qəlbimi, Cəm eylədim səbrimlə ədəbimi, Dünya həzzi coşdurmadı təbimi, Haqq məndədi, Haqq məndədi, Haqq məndə! Hər addımda Mustafanı soruram, Vicdanımdan ilahi eşq hörürəm. Hara baxsam bir Allahı görürəm, Haqq məndədi, Haqq məndədi, Haqq məndə! Bir bəndəyəm hər zərrənin şükranı, Nəyim varsa yoxsulların qurbanı. Elbəyiyəm, yarım canlar cananı, Haqq məndədi, Haqq məndədi, Haqq məndə! 23.05.2012 Elbəyi Cəlaloğlu |
çok çok güzeldi
selamlarımla