Dünyamın dünyası
Dünyamın dünyası
Dünya içrə bir dünyam var, İztirablı iç dünyam var, Üzən, sıxan üç dünyam var, O, dünyamın dünyasıdır. Darı kimi daranmışam, Boş çoxluqdan yaranmışam, Heç, yoxluqdan yaranmışam, Düz dünyamın dünyasıdır. Ey Səngərli, Lələ də saf, ləl də safdı, Laməzhəblər dildən lafdı, Əqidəsizlər əclafdı, Dür dünyamın dünyasıdır. ~~~~~~~~~~~~~~~~~~~~ 15.05.2012 |
Gözeldi şiirin hüesyin gardaş, tebrik eliyirem
Axşamın xeyir selamlar