Qurban Təbrizim!
Qurban Təbrizim!
Ay günü ağlı, qaralı, Sinəsi simli, yaralı, Bölünmüş parça - paralı Dilinə qurban Təbrizim! O taydan həsrət baxışlı, Şığıyan şimşək çaxışlı, Min ilməli, min naxışlı, Zilinə qurban, Təbrizim! Tariximsən, taleyimsən, Sızlar kamanım, neyimsən, Muğam, musiqim, meyimsən, Telinə qurban, Təbrizim! Aşar – daşar, Araz axar, Bir cənnətsən, axar-baxar, Odlar yurdu yanar, yaxar, Selinə qurban, Təbrizim! Cənub bizim, Qərb də bizim, Zərbə bizim, zərb də bizim, Pozulmaz, silinməz izim, Elinə qurban, Təbrizim! Qəlbi qırıq, qərib də sən, Şəhriyar da, Həbib də sən, Səngərliyə təbib də sən, Təbinə qurban, Təbrizim! ~~~~~~~~~~~~~~~~~~~~~ 16.05.2012 |
şiir güzeldi
saygılar hürmetlerimle
hoşcakalasınız