Gözəllər
Gözəllər
Südəmərdi hələ özü, Boyanıbdı qaşı, gözü, Kiprik külrəng, kürən üzü, Küçələrdə küt “gözəllər”. San soyunub sona göldə, Var əndamı qalıb çöldə, Uşaqdan utanır göl də, Lütlənibdi lüt “gözəllər”. Biri cücə, biri cüllüt, Çolpa kimi tükünü üt, Başı boşdu, beyini küt, Cürbəcürdü cüt “gözəllər”. Nə hissiyyat, nə heysiyyat, Nə düşüncə, nə duyğu var, Nə savadı, nə sayğı var, Büsbütüncə büt “gözəllər”. Diklənibdi, dik dabanı, Ya yazıqdı, ya yabanı, Kim görüb belə qabanı? Bihəyadı bit “gözəllər”. Yubkası dizdən yuxarı, Koftası da göbəyindən, Bədlik yağır bəbəyindən, Fikrən firon, fit “gözəllər”. Gözəl olan gözəlçələr, Gödək deyil, gözəl geyər, Gözəl deyər, gözəl gülər, İnciməsin it “gözəllər”. Dinlə deyim kəlmə-kəlmə, Ləyaqət ləldi, ay lələ, Gözəllik anadan gəlmə, Şikəst, şildi şit “gözəllər”. Ay Səngərli, əsli olan, Gözəl - göyçək gözəllərin Gözlərinə gözüm qurban. Gözümdə görkdü “gözəllər”. ~~~~~~~~~~~~~~~~~~~~~ 28.04.2012 |
Gardaş epey zamandı yoxudun,haralardaydın
Ne gözel yazıpsan elleriye sağlık
Salam saya ve baküye gardaş