Bacara bilmir?
Bacara bilmir?
Səddamın taxtını tərsə çevirən, Hüsnü Mübarəki mütləq devirən, Qəddar Qəddafini qətlə yetirən Bir Bəşər Əsədlə bacara bilmir? Canavar can alır Allahım, candan, Qan da sel-su kimi axır bir yandan, Atəşkəs təklifi Kofi Annandan, BMT barbarla bacara bilmir? Sülalə rejimi sükan əlində, Süngü əlindədi, sursat əlində, Sünnilər səfildi sərhədlərində, Suriya Bəşərlə bacara bilmir? Öcalan da İmralıda ömürlük, Qəltan oldu öz qanına Bin Laden. Terrorbaşı murdar Murat Karayılan, Bu dünya terrorla bacara bilmir? Güclər yetişdirdi güc içində güc, Üsyankar əlində dinc durmaz ülgüc, Basılmaz ordular olmazmı gülünc? Bu güclər o güclə bacara bilmir? Səyirtdi atını Səfəvilər də, Ədalət hardadı ələvilərdə? Aşındırar aşna qələvilər də, Aşar taxt - tacından ələvilər də! ~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 11.04.2012 |
İşte şiir budur gardaş sağolasın kalemin daim olsun...
Ancak Esatın üzerinde oynanan oyun başkadır. çünki esat arap şiisidir iran üzerine oynanan oyunun bir parcasıdır, esat giderse iranda gider, ve türkiyenin güneyi ile süryenin kuzeyi ve iranın doğusunda bir kürt devleti kurulur kuzey ırak menşeyli
Bunun sonunda azerbaycanda var da var onun için arap baharı deyip bizi uyutuyorlar..
Salamlar