Bağla bazarı
Bağla bazarı
Qərib durna qatarı Kökləsin kaman, tarı, Bəlkə əriyə barı Qəlbimdən quzey qarı. Qəriblikdə güneyim, Necə dözürsən neyim? Açılarmı heç keyim, O sayrıdı mən sarı. Dərdimiz qarıyıbdı, Yağıdan yarıyıbdı, Qayğılar sarıyıbdı, O gülüstan, gülzarı. O kimsəmdi, kimimdi, Axan qanlar kimindi? Danışdıran kinimdi, Eşitsin koru, karı. İndi hansı zamandı, Küt beyinlər dumandı, Ünüm ərşə ümmandı, Babam, bağla bazarı. Gündə gəlir on NOTA, Köklənmişik min nota, Gərək girək NATO-ya, Dəyər xeyiri, karı. Bülbüllər bala verər, Çəmənlər lala verər, Yağılar dala verər, Çəksə qılınc azarı. ~~~~~~~~~~~~~~~~ 25.03.2012-ci il |