1
Yorum
0
Beğeni
0,0
Puan
999
Okunma
Qəmxar olmuşam
Gün düşübdü, güneylərdə,
Quzu mələr quzeylərdə,
Yemlik çıxıb o yerlərdə,
Don açılıb, mən donmuşam.
Bulud boşaldıb yükünü,
Aparıb boran, tüpünü,
Tərpətməyir bir tükünü,
Göy boşalıb, mən dolmuşam.
Başı bəlalı bəndəyəm,
Fikri, xəyalı səndəyəm.
Bəxtəvər məcnun məndəyəm,
Mən də sənə bənd olmuşam.
Gözüm çağlar çeşmələrdə,
Gah çəhlimdə, çəməndəyəm,
Qurulmayır həmən dəyəm,
Qəhər yeyib, qənd olmuşam.
Ay gələr, keçər gecələr,
Zülümdü zülmət gecələr.
Axşamlar da Ayə baxıb,
Qəmərə qəmxar olmuşam.
İndi harda o xallar da,
Xatirimdə xalxallar da,
Maraqsızdı marallar da,
Xatırlayıb, xar olmuşam.
Bir üşütmə tutub məni,
Gözlərimdə duman, çəni.
Qanım donub damarlarda,
Yazda yağan qar olmuşam.
Yox dilimdə yalan, nə laf,
Bu da məndən bir etiraf,
Ay Səngərli, bilirəm ki,
Bir az biilqar olmuşam.
~~~~~~~~~~~~~~~~~~~~~
31.03.2012
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.