Bu yerdə
Bu yerdə
Ruhum qanad aça, uça göylərdə, Uçmağa yol verə gömgöy göylər də, “Sarıtel”, özün bil, göyərt, göynət də, Asta - asta saz dil aça bu yerdə. Quşlar cəh-cəh vura, bülbüllər ötə, Nərgizin yanağı alışa, pörtə, Bənövşə başına al bəzəy örtə, Yaza - yaza yaz gül aça bu yerdə. Çeşmə kimi çağlayaram, durullam, Durna kimi gözlərinə vurullam, Taleyinə taxt - tac ollam, qurullam, Qurban desə qurban ollam bu yerdə. Saraltsa da, sarayında qul ollam, Qiymət verməz qara qəpik, pul ollam, Ay Səngərli, burunlarsa dul ollam, Sən özün de, bəs neyləyim bu yerdə? ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 01.04.2012 |
Ne gözel di ay hüseyin adına gurban....gözel yazıpsan
salam deyirem hamınız axşamın xeyir