Mifik dünya
Mifik dünya
Gəlişin var, gedişin var, Gərnəşməyin, gərdişin var, Vəsfəgəlməz, vərdişin var, Gördüm, sirdi işin dünya. Xeyir işin, şər işin var, Cırmaq, caynaq, dil, dişin var, Namda namərd, mərd işin var, Azalıbdı kişin dünya. Hər halından halıyam mən, Min ilməli xalıyam mən, Xalqın simsiz valıyam mən, Bir gün didər dişin dünya. Uşaq nədi, uca nədi, Cavan nədi, qoca nədi, Bəzirgan nə, xoca nədi, Çəkiləcək şişin dünya. Gəlişin hay, gedişin vay, Ay Səngərli, saydığın say, Udacaqdı səndən savay Milyonları, mifik dünya. ~~~~~~~~~~~~~~~~~~~~ 31.03.2012 |