VAR(ustadnamə)
Hər təpə dağ olmaz, hər uçan qartal,
Hər kəsin özünün öz sambalı var. Milçəklər düşməsin arıyla bəhsə, Zənburun pətəklə dolu balı var. Zatı olan gözlər ədəb-ərkanı, Sözündə göstərər mərfət-kamalı, Danəndə adama qurban et canı, Hərcayının quru qeylü-qalı var. Bir sözdən tanınar hal əhli olan, Nanəcib eyləyər könlünü talan, Kəlməsi, cümləsi, hər işi yalan, Hiyləgər şeytanın məkri-alı var. Müdrik sayılarmı ağıldan dayaz, Söz demək istəyən düşünsün bir az. Ağzına gələni danışmaq olmaz, Hər sözü deməyin bir cür yolu var. Atadan-babadan nəsihət bizə, Qulaq vermə yanlış deyilən sözə. Əflatun, səni də döndərər közə, Sözünü bilməzin qalmaqalı var. |