DƏYMƏSƏ
Hər bağça gül açar, bağban sevinər,
İncə çiçəklərə naşı dəyməsə. Qırılmaz ürəklər, sönməz ümidlər, Qəfil müxənnətin daşı dəyməsə. Bilməz adamlığı, hörmət-mərfəti, Yandırar aləmi xəbis xisləti, Anlamaz eyliyi nadanlar qəti, Sal divara möhkəm başı dəyməsə. Burnunu hər işə soxar utanmaz, Gizli sirri bilməyincə yatammaz, İyrənc vərdişini başdan atammaz, Sərt yumruğa onun döşü dəyməsə. Əflatun, dünyada yaşamaq gözəl, Dostlar arasında kef-damaq gözəl, Haqqın dərgahına ucalmaq gözəl, Nəfsinə şeytanın dişi dəyməsə. |