VAR (divani-qıfılbənd)
(Cavabını yazanlara Merhaba!)
Bir mübarək ana gördüm, Haqdan gözəl adı var, Yaradanım xoş yaradıb, baldan şirin dadı var. Beş hərflə ismi sabit, qədri uca, mehriban, Bir-birindən gözəl olan beş dənə övladı var. Övladları əsgər kimi dayanıbdır yan-yana, Hərəsinin öz balası, ədədini sən sana. Əhli-mömin istərəm ki müəmmadan söz qana, Hər kim bunu anlamasa cəhənnəmin odu var. Əflatunam sözlərimi HAQQA düzüb-qoşuram, Gecə-gündüz isimləri zikrim olub, coşuram. Atəşinə büryan olub, qaynayıban daşıram, Sevənlərə doğma-əziz, elə bilmə yadı var. |