Səndədi təbiət
Səndədi təbiət
Bu təmizlik, bu təravət, Təkcə səndədi təbiət. Bu hənirti, bu hərarət Hərçənd səndədi, təbiət. Bu hal, bu tab, dözüm, taqət, Gördüm səndədi, təbiət. Hansı yana yayınsan da, Gözüm səndədi, təbiət. Həb, həlimlik, istək, həvəs, Qarsalayan, odlu nəfəs, Qəza, qədər, qəbir, qəfəs, Bu təb tək səndə, təbiət. Bəzək-düzək, tam təmtəraq, Seçim, düzüm, qayda, daraq, Yara vuran yaman yaraq, Yəni səndədi, təbiət. Kin-küdurət, talan, qarət, Dava-dalaş, nifaq, nifrət, Yalan iş, iftira, ifrat, Hardandı səndə, təbiət? Yazılmamış neçə tale, Neçə talaq, neçə varağ, Qazılmamış məzar, marağ, Maşallah, səndə, təbiət. Səbir səndə, səba səndə, Vərəm səndə, vəba səndə, Zəmbur səndə, zəba səndə, Səxavətin yox, təbiət. Ay Səngərli xəlq eləyib Yeri, göyü, Allah səni, Varidatı, vallah səni, Höküm səndədi, təbiət. ~~~~~~~~~~~~~~~~~~~ 11.03.2012-ci il |
Tebrikler üstad, emmoğlu seni kutlarım....
Şad oldum sende şad ol gal salamat geçen xeyir