Gəncliyimi itirmişəm
Gəncliyimi itirmişəm
Qorxmuşam yaman adımdan, Ah - amanım, fəryadımdan, Dərs almışam ustadımdan, Neçə məktəb bitirmişəm. Nə itirdim, nə qazandım, Təbim gəlsə, tərs ozandım, Sim ürəkdə, simsiz sazım, Gəncliyimi itirmişəm. Yəqin bilin bunu, yəni, Saçlarıma dümağ dəni, Gözlərimə duman, çəni Gəzə - gəzə gətirmişəm. Bağça salıb, bağ salmışam, Dərd sinəmdə, dağ salmışam, Dağlar dümağ, mən çalmışam, Bəhrəsini götürmüşəm. Atam arxam, atam tacım, Aldı fələk, artdı acım, Əz əzrayıl, yox əlacım, Yeniyetmə yetimmişəm. Keçən zaman, gündü, aydı, Boran vurmuş bostan zaydı, Payız ömrüm xəzan, vaydı, Ay Səngərli, yetirmişəm. ~~~~~~~~~~~~~~~~~~~~~~~ 13.03.2012-ci il |
Saygılarımla.............