Hələ qışdır
Hələ qışdır
Pəncərəmi döyür külək, Döyünür sinəmdə ürək, Qar un-urva, göylər ələk, Ələyəcək, əlbət qışdır. Çölə çıxdım, tufan, boran, Külək kəsən, çovğun soran, Sovurur qarı burulğan, Göyə baxır, gözüm qırpır. Gözə dəymir çikkildəşən Boz sərçələr, qara qarğa, Qalaq-qalaq qar, qasırğa, Yer sırsıra, damcı sırğa. Buz bağlayıb yol-iz, bayır, Soyuq - sazaq, yel ulayır. Bayırda bayquş, boz köpək Boylanır, quyruq bulayır. Ağappaqdı çəmən, çöllər, Donub çeşmə, gömgöy göllər, Gözə dəymir gözəl güllər, Açmamışdır, hələ qışdır. ~~~~~~~~~~~~~~~~~~~~ |
çöle cıxtım tufan boran..... Tebrik eliyirem seni ezizim
xoş bext olasan çox gözel yazıpsan .....
Hörmet gönderirem axşamın xeyir