Ağla
Ağla
Sarı nərgiz, bənövşədən Dər, dərdimə dəstə bağla. Dərdim çoxdu dərdin alım, Xəsis olma, xəstə ağla. Qara dünyam qara çəkir, Xəstə könlüm nara çəkir, Zavallını zara çəkir, Zildə, bəmdə, pəsdə ağla. Dönüb gələndə may ayı, Unudaram hesab, sayı, Yaş ötdükcə yazı, yayı Bəbə kimi bəsdə, ağla. Bahar nazlı bir afətdi, Xoş camal, gülər sifətdi, Qış qar, boran, qiyamətdi, Qıyma cana qəsdə, ağla. Fəsli bahar, gələn hər il Sinəm üstə sərbəst səril. Səngərlini gəz, gör, gəril, Ağrın alım, səsdə, ağla. ~~~~~~~~~~~~~~~~~~~ 03.03.2012-ci il |