“Qadınlar bayramı”nda
“Qadınlar bayramı”nda
Baharda da bağça, bağ, Baxdım, gördüm hər yer ağ. Göydən yerə qar yağır, “Qadınlar bayramı”nda! Sallanır ağır - ağır Sulu, lopa qar yağır, Bər - bərəkət, bar yağır “Qadınlar bayramı”nda! Canınız sapsağ olsun, Baxtınız da ağ olsun, Qar kimi dümağ olsun “Qadınlar bayramı”nda! Gülüstanda gül də şən, Bulbul də şən, gül də şən, Üzün, gözün gülsə, şən, “Qadınlar bayramı”nda! Yaşıl atlasdan libas, Al da, şal da yaraşır, Qoysan xal da yaraşır “Qadınlar bayramı”nda! Agah olun, a dağlar, Ağlasa, cahan ağlar, Zaman ağlar, an ağlar, “Qadınlar bayramı”nda! Uzağ olun xatadan, Dərddən, qəmdən, baladan, Ay qadınlar, qadadan, “Qadınlar bayramı”nda! Bu gün martın səkkizi, İlham gəldi, çağladım, Səkkizcə bənd bağladım, “Qadınlar bayramı”nda! ~~~~~~~~~~~~~~~~~~ 08.03.2012-ci il |
Kadınlar günü şiirini kutlarım saygılar