Ölümsüzdü bu dünya
Ölümsüzdü bu dünya
Gəlhagəldi, gethagetdi, Kamallılar kama yetdi, Namərd, nankor nadan getdi, Nə usandı, nə utandı bu dünya. Külüm kündəm, sacımadı, Tale, taxtım, tacımadı, Bir kimsəyə acımadı, Hikkəsindən həkət açdı bu dünya. Bilə-bilə bəşər biçir, Quduz kimi al qan içir, Nə yanır, nədə yan keçir, Keçmişindən nağıl açdı bu dünya. Axırını di gəl anma, Di gəl yaşa, di gəl yanma, Hikmətini daha danma, Arxadanca xəncər saplar bu dünya. Üz - üzədi, göz - gözədi, Qaş - qaşadı, döş - döşədi, Vallah, o ki var döşədi, Dövran dönük, dözümsüzdü bu dünya. Sinən üstə odu, közü, Göynəyirsən, görmür gözü, Öldürəndi, ölmür özü, Ay Hüseyin, ölümsüzdü bu dünya. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 23.02.2012-ci il |