Gəz
Gəz
Adamların yaxşı - pisin, hisini, Çərxi - fələk darağında darıya, Təxmini yox, təncə bölə yarıya, Arasında arpa, buğda, darı gəz. Adam gərək öz baxtını arıya, Qayğılar içində qoşa qarıya, Yaranmışıq, yar yarından yarıya, Tap tayını, Tanrı payı - yarı gəz. Bada vermə, boş dünyadı, heç olar, Gül camalın zaya gedər, puç olar, Fərman gələr, bu dünyadan köç olar, Bağ-bağçanı, bostanı gəz, barı gəz. Şirin baldı min-bir dərdin dərmanı, Dərdə məlhəm Allah verən, ay arı, Mey-məzədi meyxoşluğun meyarı, Naxoş olsan dağda qarı, narı gəz. Üç tel ayır zülflərindən, zülümlə, Dindir dilim dəmim, bəmim, zilimlə, Gəl oynama odum, közüm, külümlə, Gülüm, gülşən, gülüstanda karı gəz. Gəzəndə hamilə, zahı bu zaman, Doğduğu da ağrı - acı, ah - aman, Arasında yüz yaxşı var, min yaman, Yaxşısına sarıl, saral, sarı gəz. Nə işin var öldürümlə, ölümlə, Mən yaşaram say sonalı gölümlə, Belə as-kəs, lap dilimlə, bölümlə, Öldürməyə xain, xarab, xarı gəz. Bu dünyada ayrılıq var, ölüm var, Say ayrısı, say sayrısı, elim var, Vallah sanma mizrab tutan əlim var, Kaman dinlə, sazı dinlə, tarı gəz. Ay Səngərli, ulduz, günəş, ay nədi, Vəfasıza vərəm nədi, vay nədi, Dağlar bilməz dayaq nədi, day nədi, Zalım qızı, zarıt yarı, zarı gəz. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 18.02.2012-ci il |
Adamların yaxşı - pisin, hisini,
Çərxi - fələk darağında darıya,
Təxmini yox, təncə bölə yarıya,
Arasında arpa, buğda, darı gəz.
Adam gərək öz baxtını arıya,
Qayğılar içində qoşa qarıya,
Yaranmışıq, yar yarından yarıya,
Tap tayını, Tanrı payı - yarı gəz.
Bada vermə, boş dünyadı, heç olar,
Gül camalın zaya gedər, puç olar,
Fərman gələr, bu dünyadan köç olar,
Bağ-bağçanı, bostanı gəz, barı gəz.
Şirin baldı min-bir dərdin dərmanı,
Dərdə məlhəm Allah verən, ay arı,
Mey-məzədi meyxoşluğun meyarı,
Naxoş olsan dağda qarı, narı gəz.
Üç tel ayır zülflərindən, zülümlə,
Dindir dilim dəmim, bəmim, zilimlə,
Gəl oynama odum, közüm, külümlə,
Gülüm, gülşən, gülüstanda karı gəz.
Gəzəndə hamilə, zahı bu zaman,
Doğduğu da ağrı - acı, ah - aman,
Arasında yüz yaxşı var, min yaman,
Yaxşısına sarıl, saral, sarı gəz.
Nə işin var öldürümlə, ölümlə,
Mən yaşaram say sonalı gölümlə,
Belə as-kəs, lap dilimlə, bölümlə,
Öldürməyə xain, xarab, xarı gəz.
Bu dünyada ayrılıq var, ölüm var,
Say ayrısı, say sayrısı, elim var,
Vallah sanma mizab tutan əlim var,
Kaman dinlə, sazı dinlə, tarı gəz.
Ay Səngərli, ulduz, günəş, ay nədi,
Vəfasıza vərəm nədi, vay nədi,
Dağlar bilməz dayaq nədi, day nədi,
Zalım qızı, zarıt yarı, zarı gəz.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
18.02.2012-ci il
huseyn huseynov (huseyn)
Azerbaycan lehçesiyle yazılmış güzel şiirinizi kutluyorum.Yunus diyarından selamlar.