Bir eşq ki...
Bir eşq ki...
Bu baxt, tale qumardı, qaşı - gözü xumardı. O hərdən şirin, şəkər, hərdən turşməzə nardı, hərdən zəhərdi, mardı. Kimə yara, kimə yar, üstü bəzək, tumardı. Həm mayadı, həm marağ, varaqla varağ - varağ. Baxtın üzünə gülsə Günəş, Aydı ağ varağ. Gülüm, üzü dönərsə, baxt ulduzu sönərsə, qara yazılmış varağ. Hiylələrə bürünməz, kürüsən də, kürünməz, baxt arxanca sürünməz. Ayağ açmaz, yeriməz, yürüməz də yalanlar. Baxtı bağlı qalanlar, taxtı - tacı talanlar. Bir eşq ki, gündən-günə alovlanıb, yanmaya, Qan damarda dövr edib can, cəsəd canlanmaya, O eşqin girdabına girərək girov qalan, girələnən can yazıq. O can bürünən libas, mahud, məxmər, ol atlas, ləl-cəvahir, o daş-qaş, gövhər olsun, gözümdə nimdaş, solğun pal-paltar nə yaqutdu, nə yantar. Doğransın dolabında. Baxt parlaya, baxt yana göylərdə ulduz kimi. Dadı - tamı dodaxda yalanmalı duz kimi. Eşqi sönən ürəklər soyuq zindan, buz kimi, dalayar quduz kimi. Eşqdə dəyanət olsa dədəliyə yüksələr. Eşqdə xəyanət olsa gədəliyə yüksələr. Eşqdə ədalət olsa ədavət enər yerə, əbədiyyət yüksələr. Eşqə mübtəla canlar sevib, sevilmək əqddi. Eşq deyilən etibar, əlbəttə, əmanətdi. Səngərli, əhdi – peyman, nə şübhədi, nə güman, ən böyük zəmanətdi. ~~~~~~~~~~~~~~~~~~ 10.02.2012-ci il |
Şeirlerinizde farklı bir lezzet var.
Tebrikler usta kaleme.