1
Yorum
1
Beğeni
5,0
Puan
786
Okunma
Vurulmayan mayıfdı
Sevda, sevgi sinələrə od salıf,
Yaşa baxmır, deməyin ki, ayıfdı.
Gözəlliyi gözgörəsi göz görür,
Görməyənlər gözəl gözdən mayıfdı.
Qürrəsizlik qürbət eldə qüsursa,
Qaş-göz edir, oğrun süzür, pusursa,
Dindirirsən, dil kiriyir, susursa,
Demək dilbər dildən-dişdən mayıfdı.
Ayaq gedir, əl əlləşir, göz görür,
Gördüm gözəl əldə şanə, tel hörür,
Eyş - işrətdə eyib nə var, el görür,
Əlləşmirsə, əl - ayaqdan mayıfdı.
Hüseyn,
Vurğunluq da Vurğunumdan qalıfdı,
Qadasını gözəllərdən alıfdı,
Afat ceyranları tora salıfdı,
Vurulmursa, vurulmayan mayıfdı.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Qeyd: Afat - zirək, şux, diribaş, qızğın mənalarında.
30.09.2009-cu il
5.0
100% (1)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.