Birdi
Birdi
Ürəkdə ün, yanğı yoxsa, Yaz da birdi, yay da birdi. Deyib, gülüb, ağlamaza Toy da birdi, vay da birdi. Toyda gülə, vayda külə, Tün təpəndə bürün tülə, Lül - qəmbər ol bilə - bilə, Gün də birdi, ay da birdi. Zülfü qara, qat-qat, lay-lay, Kipriyi ox, qaşdarı yay, Can odumu car eylə, yay, Yara da bir, yay da birdi. Hər fəsilin öz fəsadı, Dolan, boşalan kasadı, Mayan varsa, aç, masadı, Mart da birdi, may da birdi. Hər qab, qazan tutmaz qalay, Halın yoxsa, vurma halay, Səngərli, salsan da haray, Halətdə hoy, hay da birdi. ~~~~~~~~~~~~~~~~~~~~~ 13.02.2012-ci il |