Mehralı bəy IV şiirBu, 1877-78 ci yıllar Osmanlı-Rus (93) savaşında büyük kahraman olmuş, Osmanlı Sultanı Abdülhamidin “Mecdiyye nişanı” ile teltif etdiyi, Borçalı Karapapaklarından olan Mehrali beye hesr etdiyim “Mehrali bey” dastan-poemasından sonuncu (Müxemmes) şiirdir. Mehralı bəy IV şiir Mehralı bəy! (Müxəmməs) Sənə bel bağladı vətən, Oğul - dedi, Mehralı bəy! Yanıltmadı zəndi onu, Fikri qəti, Mehralı bəy! Əməlinlə qazanmısan, Bu şöhrəti, Mehralı bəy! Unutdurdun millətinə, Qəm-möhnəti, Mehralı bəy! Yaşatdırdın asilərə, Məşəqqəti, Mehralı bəy! Yəhər üstə keçdi günün, Dağı-daşı yordu Qəmər. Yalmanına yata-yata, Keşiyində durdu Qəmər. Seçilmədi igidlərdən, Gör nə meydan qurdu Qəmər. Bir namərdin gülləsindən, Üzdü səni, qırdı Qəmər. Atına qurban eylədin, Kəmfürsəti, Mehralı bəy! Kişnəyəndə Qarakötük, Pozuldu düşmənin səfi. Cəngə girdi Kor İsmayıl, Boğuldu gör neçə əfi. Yetişdi Qazi Məhəmməd, Sındı yağının sədəfi. Sənin ərlik qüdrətindən, Doğuldu Türkün şərəfi. Uca tutdu ulu Tanrım, Bu şövkəti, Mehralı bəy! Sədan yetişəndə Çinə, Odur Teoman, - dedilər. Müjdə çatdı Hindistana, Gəlir Şah Cihan, - dedilər. Haray saldı Türkistana, O, Bilgə Xaqan, - dedilər. Teymurləngdən qeyrisinə Yox daha güman, – dedilər. Atilla zühr edib, – dedi Doğu, batı, Mehralı bəy! Dünya fani, həyat qısa, Ömür gedər, gün əyilər. Bircə hünər göstərənə, İgid, qəhrəman deyilər. Zəfərlərin gəlməz saya, Hər yanda adın öyülər. Şəninə nəğmələr qoşar, Neçə-neçə elbəyilər. Yaşayarsan ürəklərdə, Bu həyatı, Mehralı bəy! Elbəyi Cəlaloğlu |