Vətən
Vətən
Vətən ikili olammaz, İnsana vətən bir olar. Vətən ikiyə bölümməz, Bölünsə ləkə, kir olar! Əldə qələm, əldə varağ, Ağ varağa qələm darağ, Vətən yardı, Vətən yarağ, Keşiyin çəkən şir olar! Çək qoynuna, Vətən şəkil, Yolunda şumlan, ək, əkil, Ya şəhid ol, ya da çəkil, Vətənsiz şikəst, şil olar! Əsirgəmə, ey Vətəndaş, Uğrunda qurban canla, baş, Ucuz tutan kəsək, ya daş, Ya da ki, şalban, tir olar! Kişi keçərmi vətənnən, Keçənlər keçməz kəfənnən, Mən vətənnən, vətən mənnən, Hüseyin, Vətən pir olar! ~~~~~~~~~~~~~~~~~~~~~~ |