Keçən keçdi
Keçən keçdi
El namusu, el qeyrəti Ağır yükdü belimizə. Oba, oymaq, el deməkdən Qabar düşüb dilimizə. Xəstə könlüm xəyal nara, Hicran, həsrət çəkər hara, Bu can gəlməzmi zinhara, Zilmi çatar zilimizə? Səhralarda səfa olmaz, Şəbnəm şəffaf, şəfa olmaz, Vətənsizdə vəfa olmaz, Vətən taqət dizimizə. Quzeylərdə qalıb izim, Sürünmüşəm dizim-dizim, Gənclik getdi, gəlmir üzüm, Bir baş çəkim izimizə. Bağ-bağçalar çəkər bara, Dağlar, daşlar çəkər dara, Köksümdəki köhnə yara, İsinmirik istimizə. Kişiyə xas mərdlik, mənlik, Ağsaqqallıq, məncə qürur. Qocalıq da qürub, qüsur, Qənim olub qəlbimizə. Hüseyn, yel də, sel də ötər, Sarı simdə, tel də ötər, Telləri də yellər öpər, Keçən gəlməz əlimizə? ~~~~~~~~~~~~~~~~~~~ 26.01.2012-ci il |