dünyanın mənası dünyadan artıq
dünya yarandımı,yaradıldımı?
Sorular,suallar cavabsız qalar. dünya Mənasına vara bildimi? Naşılar anlatar, müdriklər susar. Dünyalıq olmasa dünya da yoxdur Mənasız mənada Məna heç yoxdur İnsanlar azalıb,adamlar çoxdur Olanlar yox olar olmayan qalar Adamlıq ölərsə adamlar olmaz İnsan bitirəcək çiçəklər qalmaz dünya Mənasından artıq olammaz Bəşərlik Bəşərə bir Varlıq olar Dağı Dağ eyləyən Dağlığındadır Bağı bağ eyləyən Bağlığındadır Mahiyyət--- İdrakın duymağındadır Bağında Barlıqdır,Dağında Vüqar Vətən Vətən olmaz olmasa Məna Dünyanı yaşadan dünyada Məna Adamda olmazsa İnsani Məna Özünə çatmağa yollarsız qalar Kimə günah yazaq ,kimi suçlayaq Dünya düzələrmi,məhkəmə qursaq? Bəşər ləyaqətsiz-----İnsan olmasaq Babəklər,Yan Quslar doğranar,yanar Nisbidə MÜTLƏQ var nisbidən üstün Bəşərin Mənası bəşərdən üstün Mahiyyət olmasa gerçəkdən üstün gerçəyin varlığı bir yöxluq olar. |