Necə yol gedim
Necə yol gedim?
Dövranla ayaqlaş,deyən qafillər Bu topal dövranla necə yol gedim? Zəmanə dostluğu satqın ,xainlik Mən belə satqınla necə yol gedim? Günah dəryasında çimən—günahsız Haqqa tapınanlar qalır cüzdansız Zamanla barışan olur vicdansız Yalan,yaltaqlarla necə yol gedim? Bu dünya köklənib pul para üstdə Şöhrət qəlyanına çoxları xəstə Bənzəmək özgəyə bir bəhsə -bəhsdə Soyunu dananla necə yol gedim? Ərəb laylasında uyuyan millət Qərbin havasına eylədi biyət Özündən heç zaman etmədi söhbət Belə ləyaqətlə necə yol gedim? Allahı göylərdə arayan insan Heç göyü özündə aradınmı sən? Nəsimi ,Mənsuru diri soyansan Cahil nadanlarla necə yol gedim? Yala yalmananlar yalaq yalarlar Bir tikə çörəyə Haqqı danarlar Şəri şər yox etməz yenə şər qalar Tülkü,çaqqallarla necə yol gedim? Qaqauz, karaim ,saha, macar da Türkdü şekel ,çuvaş, noqay,tatar da Məzhəb,din davası, hər addımında Belə turanlarla necə yol gedim? Dünyanın xilası insanlığında Türkün bir olması,türk olmağında Ellinin Fərəhi,Turanlığında Turansız dünyayla necə yol gedim? |