Allahım
Allahım
Allahım-Qürurumda Məğrurluğun zirvəsidir. Haqq ilə Ədalətin adili-hakim səsidir. Eşqimin göylərinə işıq saçan,nur paylayan, Eşqimdə eşqə yanan eşqin izhar kəlməsidir. Saf ilə Paklığın ol əlçatmazı illahinin, Sevginin alovunda yerin ,göyün lərzəsidir. Ürəyin ürəklərə qovuşması sevdasının, Vüsalın Həsrət ilə aləmə car nəğməsidir. Körpəyə Mərhəmətin,insanlığa Məhəbbətin, Şərliyə Dəyanətin,iradənin nərəsidir. Kükrəyən fırtınalı dəryasında insanlığın, Mayaka mayak olan Kamilliyin gəmisidir. Olmayanda olana olduracaq Qüdrəti var, Göz ilə görünməyən müqəddəsin çöhrəsidir. Özündə Var olacaq ,Ellilərə hakim olan, Vicdanın Var olması Əbədilik cümləsidir. Allahım-2 Dinləsən bəmdən zilə Mənsuriyyə,Bəstə-Nigar, Məqamı-Həllac deyir—Allah Mütləqin özüdür. Vardır insanın özündə Xeyirlə Şər davası, Şəri kül eyləyənin Xeyir adlı od közüdür. Cahanın Mənasıdır,Yer və Göyün ülviyyətin, İlk səsi insanlığın, Şərə Xeyir Hürmüzüdür. Yağıya Nifrətimin fırtınalı ildırımı, Zalıma üsyanımda nahaqqa Haqqın səsidir. Əbədi Kamilliyin daim olan şəfəqidir, Cəhalət gecəsində zülmətə Nur, gündüzüdür. Söyləndi tək söz ilə insan yaşar ,həm var olar, İnsanın Ruh ilə Var olmasının düz sözüdür. Dağların dumanında bir pünhanlıq iffəti var, Çəməndə qönçə gülün gözəlliyinin gözüdür. Kamili-Sonsuz olan Əzəlidən Əbədiyyən, Bəşəri Var eyləyən İnsanlığın Pak üzüdür. O İnamdır İnsanı Kamil edən Əbədiyyən, Göstərən Şükürə ki,Ellilərin kölgəsidir. |
Yüreğin var olsun
--------------------Selamlar