Gəldim-2
Gəldim-2
Dilimdə harayım,əldə qələmim Türkə fəlakətin deməyə gəldim Özündən ayrıldı- qəmim ,ələmim Türkə cəhalətin deməyə gəldim İnsanlıq məktəbi türk ocağından Mərhəmət .sevdalı gen qucağından Ləyaqət.ərdəmli əfə halından Türkə ləyaqətin deməyə gəldim Qılıncla Ədalət,Haqq ola bilməz İnsanlıq olmasa ,dünya düzəlməz Dünya yalan üstdə türklə düz gəlməz Türkə Ədalətin deməyə gəldim Babəki ,Zərdüştü özgənin saydı Saz muğam yerinə yad hava çaldı Ata ocağından çox uzaq qaldı Türkə əlamətin deməyə gəldim Mütləqə inamlı,mütləq inamlı Bəşərin xilası-İnsan sevdalı Ellinin sevdası-Türkü Turanlı Türkə bu söhbətin deməyə gəldim |
Usta kalemin duyarlı yüreğini ayakta alkışlıyorum
Haz aldım okurken kutluyorum
_______________________________Selamlar