2
Yorum
2
Beğeni
5,0
Puan
1492
Okunma

Gəldim
Bu zalım dünyaya bir avaşım var
Tüfəngsiz ,mərmisiz əlimlə gəldim
Insana sevdalı yanan ürəklə
Sevgilər söyləyən ürəklə gəldim
Türk inam,inancın yadlara atdı
Özgəyə tapındı özündən sapdı
Yurdunda yağlar atlar oynatdı
Ocağından qalan külüylə gəldim
Gürşad Atillayam,Mete nəsliyəm
Azadlıq sevdalı Babək əsliyəm
Tenqridən Haqq olan Haqqa səsliyəm
Qılıncdan usanan halımla gəldim
Sazın simlərinin ah naləsiylə
Muğamın illahi Mütləq səsiylə
Xeyrlə Şər qovan İnsan dərsiylə
Qəzəl,qoşma yazan qələmlə gəldim
Əzəli ,Əbədi Mütləq İnamla
Ürəklərə Günəş –müjdə salamla
Dünyanı qurtaran o dörd kəlamla
Ruhumdan çağlayan selimlə gəldim
Inam günəşinin zərrəsiyəm mən
Əzəlin ildırım nərəsiyəm mən
Ata Ocağının Ellisiyəm mən
Bəşərin xilası Yolumla gəldim
5.0
100% (1)