Ocaqlar gətir
Ocaqlar gətir
Ey könül, sevginin od alovundan Təşnə ürəyimə intizar gətir Kədər buludundan,qəm dumanından Könlümü yandıran nar qubar gətir Yağışın laylatək həzin səsindən Könüllər oxşayan çay nəğməsindən Qoca çinarların göyə bəhsindən Fərəhi,heyrəti necə var gətir Çiçəyin şövqündən gülün ətrindən Şehin qızılgüldə yeddi rəngindən Çəməndə bülbülün nəğmələrindən Açılan qönçədən yaz –bahar gətir Dənizdə dalğanın gur savaşından Qaya zirvəsindən ,dağın başından Vətənin müqəddəs torpaq ,daşından Zəfər yürüşümə bir vüqar gətir Ceyranın üstündə ağ naxışından Cüyürün o ürkək sux baxışından Durna bulaqların lal axışından Qırov ,qar ,yağışdan nağıllar gətir Ürəyin ürəyə sevgi telindən Eşqin ,məhəbbətin daşan selindən Ananın balaya layla dilindən Boyuna söylənən arzular gətir Doğmaya həsrətdən ,dosta heyrətdən Ahıla ehtiram ,ali hörmətdən Körpəyə sevgidən,saf məhəbbətdən Könül ocağından alovlar gətir. Sevda həsrətinin səhralarından Vüsal irmağının buz sularından Mərhəmət dəryasnın dalğalarından Dünyanı sarsıdan haraylar gətir Aləmi yandıran saz naləsindən Mütləqə yüksələn Muğam səsindən Sufi ,hürufinin İnsan dərsindən Haqdan ,Həqiqətdən soraqlar gətir Zərdüştün var edən Xeyir odundan Ağsaqqal işığı Dədəm Qorquddan Adamda İnsanlıq var olduğundan Adama İnsandan bir xəbər gətir Insanlıq məktəbi Azərbaycandan Türkün İnamının Ruh ocağından Turan nicatının tək sorağından Ellini yandıran ocaqlar gətir |
Ağsaqqal işığı Dədəm Qorquddan
Adamda İnsanlıq var olduğundan
Adama İnsandan bir xəbər gətir
Insanlıq məktəbi Azərbaycandan
Türkün İnamının Ruh ocağından
Turan nicatının tək sorağından
Ellini yandıran ocaqlar gətir
Mükemmeldi usta kutladım kalemi ve yorumu
Haz aldım eyvallah
____________________Selamlar