Həyat nə şirindi
Həyat nə şirindi
Qənd də yesə, qəm də yesə, Ac da yesə, tox da yesə, Az da yesə, çox da yesə, Yenə də insan həmindi. Köz - köz olan yaraları Suluqladan, sulandıran, Könülləri bulandıran Kinayədi, kirdi, kindi. Ürək birdi, dilək mindi, Yandıran yaş, simdi, sinndi, Haqqın yolu iman, dindi, Anlayıram indi – indi. Ömür də bir gedən karvan, Yolçuları girin – girin. Hər yolçudan olmaz sarvan, Həyat hicran, qan, irindi. İstəklərin, arzuların Eləsi var əl çatandı, Bədbəxt tale, baxt yatandı, Hərçənd, həyat nə şirindi. Ay Səngərli, yuxularım Şirin, şəkər, ballı pətək, Çilik – çilik, çitək – çitək, Hərdən çiskin, hərdən çindi. ~~~~~~~~~~~~~~~~~~~~~ 22.01.2012-ci il |