0
Yorum
0
Beğeni
0,0
Puan
1292
Okunma
Dünya bir bazardı
Bu dünya da bir bazardı,
Maya, malı, mülk, mətahı
Sevda, sevgi, sevinc, seyr,
Bəh-bəh, bəhrə, bəli, xeyr,
Qəm-qəhərdi, dərd - azardı.
Bu dünya da bir bazardı,
İşi - gücü çalıb, çapmaq,
Əzab veib, əldən qapmaq,
Ələ salmaq, yalan yapmaq,
Beşbetərdi, bez, bezardı.
Bu dünya da bir bazardı,
Kimə “bay”dı, kimə bayram,
Kimə şordu, kimə ayran,
Kimə barat, kimə baldı,
Kimə ləçər, kimə laldı.
Bu dünya da bir bazardı,
Bu dünyaya baş vuranlar
Kim bazburud, kimi bazdı,
Kimi saçlı, kimi dazdı,
Kimi sayrı, kimi sazdı.
Bu dünya da bir bazardı,
Gəldi - gedər, tezbazardı,
Asta - asta gəlir ardı.
Ay Səngərli, satdığını
Dəyər – dəyməz alan aldı.
~~~~~~~~~~~~~~~~~~~~
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.