Kimdi?
Kimdi?
Yurd - yuvadı, ev - eşikdi Qara qazma, dam-daş, pəyə Qoyun - quzuya, şişəyə, Çulu cırıq boz eşşəyə. Arzu, istək aşar - daşar, Adam abad evdə yaşar. Çox çətin gələr ərsəyə, Qismət olmaz ev hər səyə. Canda gərək gül üz, camal, Başda şüur, ağıl - kamal, Bu dünyada yaşa, kam al, Çün az qalıb çürüməyə. Şüur verib Allah bizə, Başın varsa batma dizə, Düş cığıra, düş düz izə, Bu dünyanı düzən kimdi? Məzar məkan, xiyabanda Ağa, nökər, bəy, xan kimdi? Ya yarıyan, ya yarışan, Bir - birinə baxan kimdi? Ulu, uca, alçaq, hündür, Kim hüznlü, kim hünərli, Kimin qılıncı kəsərli, Şimşək kimi çaxan kimdi? Alan kimdi, satan kimdi, Varlı kimdi, kalan kimdi, Ayırd eylə ay Səngərli, Doğru kimdi, yalan kimdi? ~~~~~~~~~~~~~~~~~~~~ 19.01.2012-ci il |