İÇİNDƏİÇİNDƏ Axtardığım bir hikmətdir hər zaman, Qalmaqalın, hay-harayın içində. Bir əyilməz oxa dönüb şığıdım, Təkəbbürlə çəkən yayın içində. Təmiz qalsın budur arzum, muradım Bir vicdanım, bir əməlim, bir adım. Sevgi dolu bir ömür də yaşadım, Mənə düşən ömür payın içində. Özüm gözlərimdə özümə sirrdim, Hicranın əlində quldum, əsirdim. Həsrətimi məhəbbətə çevirdim, Həm bu tayın, həm o tayın içində. Əldən üzülməsin Haqqın ətəyi, Mərd görülən işin itməz əməyi. Bir yanğı var, bir istək var, Elbəyi, Hər kədərin, hər ah-vayın içində. Elbəyi Cəlaloğlu |
Bir vicdanım, bir əməlim, bir adım.
Sevgi dolu bir ömür də yaşadım,
Mənə düşən ömür payın içində.
tebrikler dost.anlamlı ve güzel bir şiir okudum.